17 
Apr
2017
18:55
26
169
3984
Virtual karabakh

Bu gün axşam Bakıda əksər küçələr bağlanacaq

17 Apr, 2017
18:55
3984

Bu gün axşam Bakıda əksər küçələr bağlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saat 22:00-dan etibarən Bakıda Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

“Azəravtoyol” ASC -dən Oxu.az-a daxil olan məlumata görə, qeyd edilən yollarda  avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək. 

“Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” ASC sürücülərə sözügedən ərazilərdə diqqətli olmağı və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri