18 
Apr
2017
10:59
126
62
13166
Virtual karabakh

Saxta nömrələrdən istifadə edən sürücü: Radara düşməmək üçün belə edirdim – VİDEO

18 Apr, 2017
10:59
13166

Saxta nömrələrdən istifadə edən sürücü: Radara düşməmək üçün belə edirdim – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol polisinə tabe olmayaraq qaçan sürücü təhlükəsizlik kameraları tərəfindən ifşa olunduqdan sonra saxlanılıb.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Bakıda çəkilən görüntülərdə polisin sənədləri tələb etməsindən sonra avtomobili sürərək aradan çıxan sürücü qarşı zolağa çıxaraq təhlükəli qəza şəraiti yaradıb.

Saxlanıldıqdan sonra məlum olub ki, onun nə sürücülük vəsiqəsi var, nə də avtomobilin dövlət nömrə nişanı özünündür.

Yol polisini çaşdırmaq üçün fərqli qeydiyyat nişanlarından istifadə edən sürücünün avtomobilinə baxış keçirərkən ayrı dövlətlərin nömrə nişanları da aşkarlanıb. Sürücü fərqli qeydiyyat nişanlarını polisi çaşdırmaq üçün etdiyini də boynuna alıb.

Məlum olub ki, o, illər əvvəl sərxoş halda avtomobil idarə etdiyinə görə bir dəfə sürücülük vəsiqəsindən məhrum edilib.

Faktla bağlı Nərimanov Rayon Məhkəməsində iş başlanılıb. Həmin sürücü məhkəmənin qərarı ilə 30 gün həbslə cəzalandırılıb. Habelə o, sürücülük hüququndan da 1 il məhrum edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri