18 
Apr
2017
21:41
143
30
5760
Virtual karabakh

Azərbaycanda iki min avtomobilin sahibi tapılmır

18 Apr, 2017
21:41
5760

Azərbaycanda iki min avtomobilin sahibi tapılmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təxminən 15 ildir ki, sahibi tərəfindən atılan, qəzalı vəziyyətdə olan yararlı və yararsız avtomobillər Dövlət Yol Polisinin cərimə meydançalarında saxlanılır. DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, əmlaklar sahibləri tərəfindən hələ də həmin duracaqlardan götürülmür”.

Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev cebhe.info-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, ötən il təxminən 3 minədək bu cür yararsız avtomobil vardı: “Lakin ilin sonunda bu avtomobilllərin bir qismi sahiblərinə təhvil verildi. Hazırda bu avtomobillərin sayı 2 mindən artıqdır”.

Kamran Əliyevin sözlərinə görə, bu cür avtomobillər sırasında sahibi ölən, həddindən artıq istifadəyə yararsız, o cümlədən də sahibi tapılmayan avtomobillər var ki, hələlik mühafizə edilir. DYP rəsmisi qeyd edib ki, saxlanılan bəzi avtomobillər məhkəmə qərarına müvafiq olaraq sahiblərinə təhvil verilmir. Bu cür qəzalı və yararsız avtomobillər cərimə meydançalarında saxlanması üçün heç bir ödəniş tələb olunmur. Yararsız avtomobil sahiblərinə ərizə forması verilir. Sahibi avtomobildən imtina edirsə, ərizə formasını doldurur. Daha sonra bu avtomobillər dövlət tərəfindən “çıxdaş” edilərək “metalloma” verilir.

K.Əliyev bildirir ki, mühafizə olunan avtomobil markaları sırasında sovet dövrünün istehsalı ilə yanaşı yeni model avtomobillər də var. Onlar həddindən artıq istifadəyə yararsız olduğu üçün sahiblənən yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri