20 
Apr
2017
11:37
111
32
3175
Virtual karabakh

Piyadanı öldürən sürücü polisə təslim oldu – FOTO

20 Apr, 2017
11:37
3175

Piyadanı öldürən sürücü polisə təslim oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, naməlum avtomaşın 1976-cı il təvəllüdlü qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib. Piydanın ölümünə səbəb olan sürücünün şəxsiyyəti məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Muradov Kamil Əyyar oğludur. O, özü polisə gələrək təslim olub. Sürücü, “Mercedes” markalı 90-KF-505 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1976-cı il təvəllüdlü Gərmətük qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri