21 
Apr
2017
11:44
7
70
1826
Virtual karabakh

Paytaxtın bu ərazilərində hərəkət məhdudlaşdırılır

21 Apr, 2017
11:44
1826

Paytaxtın bu ərazilərində hərəkət məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu axşam saat 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində (A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri