21 
Apr
2017
16:28
184
67
6198
Virtual karabakh

Uçan avtomobil bir milyon dollardan baha olacaq – VİDEO

Slovakiyanın “AeroMobil” şirkəti Monakoda keçirilən sərgidə özünün uçan avtomobilini təqdim edib.

Oxu.Az-ın ikt.lent.az-a istinadən xəbərinə görə, avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanıb.

Uçan avtomobilin dəyəri 1 milyon dollardan artıqdır və 2020-ci ildən etibarən alıcıların istifadəsinə veriləcək.

Hibrid mühərriklə təchiz olunmuş avtomobili həm yerdə, həm də göydə sürmək mümkün olacaq. Yerdə maksimal sürəti 160 km/saat, maksimal gedişi 700 km olacaq. Göydə isə bu göstəricilər müvafiq olaraq 360 km/saat və 750 km olacaq. Avtomobili uçuş rejiminə keçirmək üçün 3 dəqiqə lazım gələcək.

Nəqliyyat vasitəsi həm avtomobil, həm də uçan aparat kimi qeydiyyatdan keçəcək. Bu isə o deməkdir ki, onu idarə edən şəxsin həm sürücülük vəsiqəsi, həm də pilot lisenziyası olmalıdır.

İ.N

www.oxu.az


 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Avto-Moto xəbərləri