23 
Apr
2017
10:44
18
318
11567
Virtual karabakh

“Formula 1” ilə əlaqədar bir neçə küçə bağlanıb – VİDEO

23 Apr, 2017
10:44
11567

“Formula 1” ilə əlaqədar bir neçə küçə bağlanıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini və həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.

Oxu.Az xəbər verir ki, bu gün saat 18:00-dək Rəsul Rza küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən kəsişmələrdən etibarən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Zərifə Əliyeva küçəsi ilə gələn sürücülərin alternativ yollardan istifadə etmələri xahiş olunur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri