24 
Apr
2017
17:25
13
246
6069
Virtual karabakh

Ələt-Astara yolunda “07” təhlükəli anlar yaşatdı – VİDEO

24 Apr, 2017
17:25
6069

Ələt-Astara yolunda “07” təhlükəli anlar yaşatdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücü Kənan Kərimli idarə etdiyi avtomobillə ağır qəzadan qurtulub. 

Oxu.Az xəbər verir ki, o, bunu əks etdirən videonu Avtosfer.az-a göndərib.

Videodan aydın görünür ki, aprelin 17-də, saat 13:54 radələrində qarşılıqlı hərəkət olan yolda üç avtomobil təhlükəli vəziyyət yaradaraq ötmə əməliyyatı aparır. Onlardan ikisi “Mercedes”, biri isə “VAZ-2107” markalı avtomobildir. 

Yaxınlaşmaqda olan avtomobilin yoluna çıxan və yüksək sürətlə hərəkət edən “Mercedes”lər toqquşmadan yayınmaq üçün sağa çəkilə bilir. “07”-nin sürücüsü isə qəfil tormoz verir və avtomobilin sol tərəfi “qaçır”.

Bu zaman qarşıdan gələn Kənan Kərimlinin idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yaranır. K.Kərimli öz avtomobilini tam olaraq sağa çəkərək yol çiyninə çıxardır və qəzadan yayına bilir. Avtomobil yerində fırlanaraq üzü əks istiqamətə dayanır. 

Ona qəza şəraiti yaradan sürücü isə avtomobili saxlayaraq Kənan Kərimliyə yaxınlaşıb “görmədim” deməklə özünə haqq qazandırmağa çalışır.

Kənan Kərimli bildirir ki, həmin avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar. 

İ.N

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri