24 
Apr
2017
16:38
20
171
5578
Virtual karabakh

Bakıda bəzi avtomobillərin hərəkəti məhdudlaşdırılır

24 Apr, 2017
16:38
5578

Bakıda bəzi avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IV İslam Həmrəyliyi Oyunları zamanı yük maşınları, o cümlədən təmir, məişət tullantıları ilə məşğul olan və xidməti, firmada çalışan avtomobillərin hərəkətinə axşam saat 22:00-dan səhər 07:00-a qədər icazə veriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Bununla bağlı Nazirlər Kabinetinin qərar çıxardığını bildirən K.Əliyev qeyd edib ki, hər hansı yük avtomobilinin sutkanın digər saatlarında hərəkətetmə zərurəti yarandığı halda Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bu müraciətə baxılacaq və zərurət yarandığı halda həmin avtomobilin sutkanın digər saatlarında hərəkətinə icazə veriləcək.

K.Əliyev həmçinin vurğulayıb ki, artıq gələn həftədən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda çəkilən xüsusi zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Mayın 25-nə qədər aidiyyəti olmayan avtomobillər zolağa girsə, 40 manat məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri