25 
Apr
2017
14:57
157
250
4792
Virtual karabakh

Deputat: Rusiya istehsalı olan avtomobilləri yol hərəkətindən çıxaraq

25 Apr, 2017
14:57
4792

Deputat: Rusiya istehsalı olan avtomobilləri yol hərəkətindən çıxaraq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların sayı artmaqdadır”.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova deyib.

O bildirib ki, bu, çox təəssüf doğuran bir məsələdir:

“Bir neçə il bundan qabaq təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən Rusiyanın təcrübəsini öyrənək. Köhnə model avtomaşınları, xüsusilə də Rusiya istehsalı olan avtomobillər yol hərəkətindən çıxaraq. 

Bunun müqabilində də avtonəqliyyat sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin, daha doğrusu, həmin şəxslərlə daha güzəştli şərtlərlə yeni model avtomobil almaq imkanı yaradılsın. Çünki ölümlə nəticələn avtoqəzaların böyük əksəriyyəti köhnə model avtomaşınlarda baş verir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri