25 
Apr
2017
17:30
119
54
8301
Virtual karabakh

Büdcə seqmentində ən yaraşıqlı krossover – VİDEO

İki rəngli kuzov, dinamik siluet, iri radiator toru, orijinal işıq texnikası...

Axı kim dedi ki, büdcə avtomobili gözəl ola bilməz?! 

Hələ bu harasıdır, geniş salon, gözlənilməz təhcizat – deyəsən, “Renault” kompaniyası büdcə avtomobilləri ailəsinə yeni nəfəs vermək niyyətindədir.

Elektron açar, start-stop düyməsi, müasir multimedia sistemləri – hələ bu günə qədər
bu seqmentdə bu qədər avadanlıq baza variantında təklif olunmamışdı. Üstəgəl, gücləndirilmiş mühərrik, avtomat sürətlər qutusu və tam ötürücülü transmissiya.

“Renault Kaptur” həftə içi şəhər küçələrində, istirahət günləri isə təbiətin qoynunda hərəkət etmək arzulayan gənc ailələr üçün olduqca maraqlı avtomobildir. 

Daha ətraflı tanışlıq üçün Oxu.Az sizə təcrübəli ekspertlər Rəhim Əliyev, Ruslan Musayev və Natiq Zərbəliyevin icmalını təqdim edir:

İ.N.

www.oxu.az

 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Avto-Moto xəbərləri