26 
Apr
2017
16:34
9
124
1732
Virtual karabakh

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

26 Apr, 2017
16:34
1732

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu axşam saat 22:00-dan etibarən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti (Yusif Səfərov küçəsindən “Ağ şəhər”in qarşısınadək və geriyə) və Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, bu tədbir Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra olunacaq.

“Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir”, - deyə məlumatda qeyd edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri