27 
Apr
2017
00:25
15
335
18166
Virtual karabakh

Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO

27 Apr, 2017
00:25
18166

Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda ağır yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri