27 
Apr
2017
14:50
9
220
11517
Virtual karabakh

Yol polisi sürücüyə gülünc “fotofakt” göndərdi – FOTO

27 Apr, 2017
14:50
11517

Yol polisi sürücüyə gülünc “fotofakt” göndərdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol polisinin sürücünün ünvanına qayda pozuntusu ilə bağlı göndərdiyi protokol təəccüb yaradıb.

Oxu.Az xəbər verir ki, Teymur adlı şikayətçi criminal.az saytına bildirib ki, aprelin 19-da yaşadığı ünvana inzibati qayda pozuntusu törətməyi barədə protokol gəlib.

Şikayətçinin sözlərinə görə, protokola çox gülünc formalı “fotofakt” əlavə olunub: “Burada hansısa faktdan əsla söhbət gedə bilməz. Mənim qayda pozmadığım kimi bir iddiam yoxdur. Ola bilər ki, avtomobil sürərkən diqqətim yayınıb və yol nişanını görməmişəm. Amma bunu sübuta yetirmək, ilk növbədə, məni qayda pozmaqda ittiham edən tərəfin məsuliyyətidir. Bu protokolda nə avtomobilin görüntüsü var, nə nömrəsi var, nə də ki başqa bir sübut. Düşünürəm ki, belə bir protokol göndərilməsi vətəndaşa qarşı ən azından hörmətsizlikdir”.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, ola bilər həmin foto günün qaranlıq vaxtı çəkilib. Bölmə rəisinin sözlərinə görə, əgər şübhə doğuran fakt varsa, sürücü məktub göndərilən yol polis şöbəsinə təqdim etsin: “Sürücü hesab edə bilər ki, protokolda yanlışlıq var, kustar üsulla hazırlana bilər, foto printerdən pis çıxa bilər. Bütün hallarda bu məsələyə aydınlıq gətirilməlidir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri