27 
Apr
2017
16:22
64
492
29177
Virtual karabakh

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

27 Apr, 2017
16:22
29177

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin adları məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Salyan rayon sakini, polis əməkdaşı Məmmədyarov Natiq Nifti oğlunun idarə etdiyi DYP avtomobili ilə Astara rayon sakini, 1948-ci il təvəllüdlü Axundov Azad Qüdrət oğlunun idarə etdi “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü, bundan başqa, avtomobillərdə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1950-ci il təvəllüdlü Əhmədov Allahverdi Ağəli oğlu, 1986-cı il təvəllüdlü Sadıqov Ülvi Səməd oğlu, 1982-ci il təvəllüdlü Dadaşov Elçin Kazım oğlu, YPX  əməkdaşı, Salyan sakini, 1988-ci il təvəllüdlü Əliyev Elnur Zakir oğlu, Bakı sakini 1963-cü il təvəllüdlü Mahmudov Emil Teymur oğlu xəsarət alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Azad Axundov və Emil Mahmudov xəstəxanada ölüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat açıqlayıb. Məlumatda bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara avtomobil yolunun 45-ci km-də, Salyan rayon ərazisində “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Muğan Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:15-də başa çatıb.

15:11

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Yol Patrul Xidməti (YPX) avtomobili ilə “Mercedes”in toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i reanimasiya, 3-ü isə travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adı hələlik məlum deyil.

13:34

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri