27 
Apr
2017
13:57
31
148
19255
Virtual karabakh

Bakıda qayda pozan sürücülərimiz – VİDEO

27 Apr, 2017
13:57
19255

Bakıda qayda pozan sürücülərimiz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qayda pozan daha bir neçə sürücü kameraya düşüb.

Oxu.Az xəbər verir ki, həmin görüntülər avtosfer.az-a oxucular tərəfindən göndərilib.

Özünü başqalarından üstün tutaraq qayda pozanların görüntülərindən aydın olur ki, hər üç video Bakıda çəkilib. Belı ki, Əhməd Rəcəbli küçəsində 90-UX-255 qeydiyyat nişanlı “Honda CRV” markalı avtomobilin sürücüsü yolayrıcında sol zolaqdan sağa dönərək digər sürücülərə qəza şəraiti yaradıb. Qanunda qeyd olunub ki, sağa və ya sola dönən sürücü dönməmişdən əvvəl müvafiq kənar vəziyyət seçməlidir.

10-DE-002 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü isə yolda tıxacın olduğunu görərək əks istiqamətli hərəkət zolağına çıxıb yüksək sürətlə hərəkət edib.
Nobel prospektində (“Nargilə” kafesinin qarşısında) zolaqda düzünə hərəkət təşkil olunmasına baxmayaraq 10-PS-515 qeydiyyat nişanlı “Pejo”nun sürücüsü eyni vaxtda bir neçə kobud qayda pozur. O,əvvəlcə 1.1 xəttini tapdalayır, sonra sağ zolaqdan birbaşa sola - Ramiz Quliyev küçəsinə dönərək qarşıdan gələn avtomobillərə bir başa təhlükə yardır.
A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri