28 
Apr
2017
23:00
12
321
2453
Virtual karabakh

Mingəçevirdə məktəbdən gələn şagirdi avtomobil vurub

28 Apr, 2017
23:00
2453

Mingəçevirdə məktəbdən gələn şagirdi avtomobil vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində məktəbdən gələn 9 yaşlı şagirdi maşın vurub.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. 

Belə ki, Əlövsət Allahverdi oğlu Abdullayev idarə etdiyi “VAZ-2106” markalı, 10-ES-946 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən məktəbli 2008-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Kazımovu vurub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, V.Kazımov qapalı kəllə-beyin travması və üz nayihəsinin sıyrıqları diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. 

Mingəçevir Şəhər Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri