29 
Apr
2017
09:24
245
25
4424
Virtual karabakh

Nobel prospektində yeraltı piyada keçidi istifadəyə verilib – FOTO

29 Apr, 2017
09:24
4424

Nobel prospektində yeraltı piyada keçidi istifadəyə verilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidinin tikintisi yekunlaşıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər.

Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə, sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə “Bulvar” hotel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.

Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.

Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri