29 
Apr
2017
10:21
11
287
7859
Virtual karabakh

Rayondan paytaxta yük daşıdılar: Zəhmət haqlarını ala bilmirlər – VİDEO

29 Apr, 2017
10:21
7859

Rayondan paytaxta yük daşıdılar: Zəhmət haqlarını ala bilmirlər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda yük maşınlarının sürücüləri Bakıdakı zavodlardan birinə daşıdıqları yükün pulunu ala bilmirlər. Zavoddan bildirilib ki, onlara ödənilməli olan məbləğ Məhəmməd adlı şəxsə verilib. Həmin şəxs isə ona pul verilmədiyini deyir. İndi sürücülər çarəsiz qalıblar.

Oxu.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Goranboyda yaşayan 50-dən artıq “KamAZ” sürücüsü bir aydan çoxdur daşımaya görə onlara ödənilməli olan pulu ala bilmirlər. 

Onlar 10 ildən artıqdır həmin zavoda yük daşıdıqlarını, ancaq yalnız bu il problemlə qarşılaşdıqlarını deyirlər. Mart ayından onlara ödənilməli olan pul gecikdirilir.

Onlara 500-900 manat məbləğlərində pul ödənilməlidir. Sürücülər məsələ ilə bağlı yük daşıdıqları zavodun rəhbərliyinə müraciət etsələr də, onlara ödənilməli olan məbləğin Məhəmməd adlı şəxsə verildiyini bildiriblər. Adıçəkilən şəxs isə zavoddan pul almadığını deyir.

Sürücülər deyirlər ki, ümumilikdə müxtəlif rayonlardan 200-dən artıq sürücü həmin şəxsdən pullarını almaq üçün gözləyir. O isə zavodun ona 17 min manat verməli olduğunu deyir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri