4 
May
2017
12:36
23
192
17878
yuxarı
Aeroport yolu bağlanacaq
4 May, 2017
12:36
17878
23
192
Aeroport yolu bağlanacaq
Bakıda daha bir yol bağlanır. Bu dəfə aeroport yolunda hərəkət məhdudlaşdırılacaq.
Oxu.Az-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin əsas məşqinin keçirilməsi ilə əlaqədar olaraq mayın 8-də saat 17:00-dan 22:00-dək Heydər Əliyev prospekti ilə hava limanına gedən yol bağlı olacaq.
Bakıdan Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək və geri dönmək üçün alternativ olaraq Nobel prospekti və Zığ avtomagistralından istifadə etmək tövsiyə edilir.
Z.Q.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək