14 
May
2017
22:20
164
35
2845
Virtual karabakh

Toyota uçan avtomobil yaradılması ideyasını dəstəkləyib

14 May, 2017
22:20
2845

Toyota uçan avtomobil yaradılması ideyasını dəstəkləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yapon avtomobil nəhəngi Toyota bildirib ki, uçan avtomobilin layihəsi üzərində işləyən mühəndislər qrupunu dəstəkləyib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə BBC xəbər verir.

Kompaniya mənzil-qərargahı mərkəzi Yaponiyanın Toyota şəhəri yaxınlığında yerləşən Cartivator startapına 40 mln yen (352,4 min dollar) ayırmağa razılıq verib. 

Nikkei Asian Review görə, Toyota kompaniyalar qrupu Skydrive layihəsini dəstəkləməyə prinsipial razılıq verib. Hazırda layihə haqqında məlumdur ki, onlar pilotsuz uçaqlar texnologiyasından istifadə edirlər və onun üç təkəri və dörd rotoru olacaq.

Prototipin yaradılması üzərində işləyən 30 mütəxəssis onu 2020-ci ilin Tokio yay olimpiadasına havaya qaldırmağa ümid edirlər.

Skydrive  bildirirlər ki, ölçüləri 2,9-un 1,3 metrə olan aparat ən kiçik uçan maşın olacaq.

İxtiraçılar  hesab edirlər ki, avtomobil saatda 100 km sürətlə və yerdən 10 m hündürlükdə uçacaq.

Hazırda uçan avtomobilin yaradılması üzərində dünyanın hər yerində ixtiraçılar işləyirlər: Yaponiyadan başqa 2017-ci ilin mayına öz layihələrini Niderland, Çin, Almaniya və ABŞ təşəbbüs qrupları hazırlayırlar.  

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri