15 
May
2017
11:44
7
102
1906
Virtual karabakh

Bakıda eyni yerdə iki yol qəzası baş verib: 8 nəfər xəsarət alıb

15 May, 2017
11:44
1906

Bakıda eyni yerdə iki yol qəzası baş verib: 8 nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda eyni ünvanda iki yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

“Mercedes” markalı, 90 EN 378 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan “VAZ-2106” markalı, 10 BV 098 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan 4 qadın və 1 azyaşlı xəsarət alıb.

Hadisədən bir müddət sonra həmin ərazidə “Opel” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri