15 
May
2017
11:49
73
124
13904
Virtual karabakh

Heydər Əliyev prospektində sürücülər kütləvi şəkildə qayda pozurlar – VİDEO

15 May, 2017
11:49
13904

Heydər Əliyev prospektində sürücülər kütləvi şəkildə qayda pozurlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Heydər Əliyev prospektinin sol hərəkət hissəsində, yəni üzü “Koroğlu” metro stansiyasına gedərkən əsas yoldan köməkçi yola çıxan hissəsində sürücülərin kütləvi qayda pozmasını göstərən videogörüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, oxucu tərəfindən avtosfer.az-a göndərilən videoda da aydın şəkildə görünür ki, prospektin sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə keçmək üçün yaradılan ayırıcı zolağın kəsiyində sürücülər sağ zolaqdan dönmək əvəzinə, ikinci cərgə yaradaraq orta zolaqdan sağa dönürlər.

Belə olan halda həm sol hərəkət hissəsində tıxac və maneə yaranır, həm də dönmə yerində sıxlıq meydana gəlir. Üstəlik, ikinci zolaqdan dönməyə çalışanlar digər sürücülərə qəza vəziyyəti yaradırlar. Bu halda onları cərimə də gözləyir.

Həmin görüntüləri təqdim edirik: 

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri