18 
May
2017
14:20
21
226
5987
Virtual karabakh

Azərbaycanda “Prado” dağdan aşıb

Xızı rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Xızı-Giləzi yolunun 15-ci kilometrliyində “Toyota Prado” markalı, 10 CP 969 dövlət nömrə nişanlı avtomobil dağlıq sahədə idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 33 yaşlı kişi ölüb. Biri qadın olmaqla daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Z.Q.
www.oxu.az

Digər Avto-Moto xəbərləri