18 
May
2017
23:00
61
374
20893
Virtual karabakh

Azərbaycanda ödənişli yol nə vaxt istifadəyə veriləcək? – VİDEO

18 May, 2017
23:00
20893

Azərbaycanda ödənişli yol nə vaxt istifadəyə veriləcək? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara magistralına alternativ çəkilən dörd zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan magistralda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlama işləri aparılır.

Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür.

Müvəqqəti olaraq sürücülər hazırda istifadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər.

İki gediş və iki gəliş zolağından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi ilə magistral boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.

Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.

Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri