22 
May
2017
19:00
400
35
31408
Virtual karabakh

Bakıda piyada sürücünü bu cür cəzalandırdı – FOTO

22 May, 2017
19:00
31408

Bakıda piyada sürücünü bu cür cəzalandırdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda maraqlı hadisə baş verib.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, şəhərdə bir sürücü avtomobilini piyada keçidinin üstündə saxlayıb.

Bundan bərk qəzəblənən paytaxt sakinlərindən biri sürücünü özünəməxsus şəkildə cəzalandırıb. Vətəndaş piyada keçidinin üzərində dayanan avtomobilin təkərini boşaldıb.

Sürücü avtomobilini bu vəziyyətdə gördükdə heyrətlənib. Vətəndaşın sürücüyə keçdiyi dərs yəqin ki, uzun müddət yadından çıxmayacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri