23 
May
2017
12:37
8
190
7555
Virtual karabakh

Sarı zolağa görə cərimələnən sürücülərin sayı açıqlandı

23 May, 2017
12:37
7555

Sarı zolağa görə cərimələnən sürücülərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, sarı zolağa daxil olan sürücülər 40 manat məbləğində cərimə olunurlar. Beləliklə, Dövlət Yol Polisi sürücüləri 52760 manat məbləğində cərimə edib.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən xüsusi zolaqlarla bağlı məhdudiyyət aradan qaldırılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri