24 
May
2017
17:20
55
337
23153
Virtual karabakh

Sürücüləri çaşdıran yol nişanı yığışdırıldı – VİDEO + YENİLƏNİB

24 May, 2017
17:20
23153

Sürücüləri çaşdıran yol nişanı yığışdırıldı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aeroport şosesində quraşdırılan yol nişanı çaşqınlıq yaradıb.

Aeroport yolunda sürücüləri çaşdıran yol nişanı götürülüb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “Avtostop” layihəsinin rəhbəri Tural Yusifli məlumat yayıb: 

“O nişanı “Bakı 2017” üçün ayrıca qoymuşdular. Ayrıcı zolaq yığışdırılıb, amma nişan qalmışdı. Heç bir əlavə məlumat nişanı olmadığından, bu nişan çaşdırıcı effekt yaratmışdı. Nişan artıq mövcud deyil”.

13:09

Bakının ən sürətli yollarının birində sürət minimuma endirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı Tural YusifliAvtostop” səhifəsində paylaşıb.

“Aeroport şosesində 100-dən sonra 40 sürəti qoyublar. Yəni siz sol 100-lük yolda gedəndə radar qoyub çəksələr, saatda 60 km sürəti aşıb 250 manat cərimələnə bilərsiniz”- Tural Yusifli bildirib.

Bu yeni nişanın quraşdırılmasının düzgün hesab etməyən Tural Yusiflinin sözlərinə görə, yüzlərlə sürücü bu nişanı görmür və öz sürəti ilə idarə edir.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri