24 
May
2017
21:29
189
39
18662
Virtual karabakh

Azərbaycanda bu yolda avtomobillər öz-özünə hərəkət edir – VİDEO

24 May, 2017
21:29
18662

Azərbaycanda bu yolda avtomobillər öz-özünə hərəkət edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad -Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu ərazidə hətta telefonda şəbəkə olmasına baxmayaraq əlaqə yaratmaq da mümkün olmur.

Yolun təxminən 1 kilometrlik hissəsində avtomobillərin mühərriki sönmüş, sürət qutusunun isə neytral vəziyyətdə olduğu halda nəqliyyat vasitəsi qəfildən şərq istiqamətinə doğru hərəkət etməyə başlayır.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq hətta 60 km/saata çatır.

Maraqlıdır ki, eyni yerdə avtomobillər əks istiqamətə, yəni qərbə doğru hərəkətdə çətinliklə üzləşirlər.

Yerli sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda ərazidə telefonla danışmaq da mümkün olmur.

Ehtimal olunur ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri