26 
May
2017
17:24
435
102
17626
Virtual karabakh

Bakıda DYP avtomobilini dayandığı yerdə vurublar – VİDEO + YENİLƏNİB

26 May, 2017
17:24
17626

Bakıda DYP avtomobilini dayandığı yerdə vurublar – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsində DYP avtomobili səbəbkar olmayıb.  

Oxu.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer-ə verilən xəbərdə bildirilib ki, yol polisi həmin vaxt heç kimi təqib etməyib. 

Bakı-Ələt-Astara yolunun 26-cı km-də “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub. Bu zaman hadisə yerinə Qaradağ postunun 99 YP 851 nömrə nişanlı patrul maşınında xidmət aparan inspektorları yaxınlaşıb. Onlar avtomobili qəza yerində saxlayaraq başqa maşınların kənardan keçməsini təmin etmək üçün sayrışan işıqları yandırıblar və qəzaya düşən sürücülərə kömək ediblər. 

Bu zaman arxadan sürətlə hərəkət edən “Reno” markalı avtomobil DYP maşınına dəyərək qəza törədib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

09:46

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisinə (DYP) məxsus 99-YP-851 dövlət nömrə nişanlı xidməti avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq “Mercedes” markalı avtomobili qovması olub.

Nəticədə “Mercedes” markalı avtomobil idarəetməni itirərək DYP avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıb.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri