26 
May
2017
09:28
16
162
10827
Virtual karabakh

Bakıda DSQ-nın avtobusu qəzaya düşdü: Ölənlər var

26 May, 2017
09:28
10827

Bakıda DSQ-nın avtobusu qəzaya düşdü: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına (DSQ) məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə “VAZ 2107”-dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.

Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. 

Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri