26 
May
2017
10:24
175
52
12482
Virtual karabakh

Rusiyada “Transformers” LADA hazırlandı – VİDEO

26 May, 2017
10:24
12482

Rusiyada “Transformers” LADA hazırlandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul “LADA (VAZ) 2110” model avtomobildən dünyaca məşhur olan “Transformers” filmindəki robotun bənzərini yaradıblar.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib.

Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb:
“Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan “Transformers” oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb”.

Gennadi Koçerga sözügedən robot-avtomobilə “Optimus Gennadieviç Praimov” adı verdiyini söyləyib:

“Hazırladığımız "Transformers”ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq”.

İ.N.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri