26 
May
2017
15:17
195
63
4640
Virtual karabakh

Azərbaycanda bələdiyyə sədri yol qəzasına düşdü – FOTO

26 May, 2017
15:17
4640

Azərbaycanda bələdiyyə sədri yol qəzasına düşdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda sərxoş sürücü qəza törədib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil toqquşub. 

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“VAZ-2107”-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, “Toyota-Prado” markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri