28 
May
2017
17:09
33
534
25869
Virtual karabakh

YPX qəzaya səbəb olub: Ölən və ağır yaralanan var – VİDEO

28 May, 2017
17:09
25869

YPX qəzaya səbəb olub: Ölən və ağır yaralanan var – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Qafqaiznfo-ya hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin VAZ 2106 markalı avtomobili qovması olub.

Hadisə nəticəsində “90-EH-176” dövlət nömrə nişanlı  VAZ-2106 markalı avtomobil tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin nəqliyyat vasitəsində olan sərnişin isə, ağır yalandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi “Hyundai Tucson”la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri