29 
May
2017
13:00
25
564
20452
Virtual karabakh

Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb – YENİLƏNİB + FOTO

29 May, 2017
13:00
20452

Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Abşeronda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.

Oxu.Az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

10:30

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. 

Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov  1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

Faktla bağlı araşdırma aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri