İyn
2017
16:46
30
480
5417
Virtual karabakh

Qazax PŞ: Çobanın avtomobillə vurulması faktı qeydə alınmayıb – YENİLƏNİB

7 İyn, 2017
16:46
5417

Qazax PŞ: Çobanın avtomobillə vurulması faktı qeydə alınmayıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

29 may 2017-ci il tarixində Qazax rayonu Xanlıqlar kəndində Kərimov Məhəmməd Şahqulu oğlunun heyvanları yolun qarşı tərəfinə keçirərkən avtomobil tərəfindən vurulması xəbəri həqiqətə uyğun deyil.

Qazax rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Tahir Süleymanov Oxu.Az-a açıqlamasında belə deyib.

O, xəbərdə qeyd olunan ərazidə, həmin tarixdə avtomobillə piyadanın vurulması faktının Qazax rayon Polis Şöbəsində qeydə alınmadığını bildirib.

29 may (22:24)

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Belə ki, kənd sakini Kərimov Məhəmməd Şahqulu oğlu otardığı heyvanları yolun qarşı tərəfinə keçirtmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. Ağır xəsarət alan çoban xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri