19 
İyn
2017
11:35
24
146
9461
Virtual karabakh

“Maşın bazarı” ətrafında dəllal oyunu – VİDEO

19 İyn, 2017
11:35
9461

“Maşın bazarı” ətrafında dəllal oyunu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi bir çox avtomobil alveri ilə məşğul olan şəxslər avtomobili bazarda satmaqdansa, elə yolun kənarında alıb-satmağa üstünlük verirlər.

Oxu.Az xezerxeber.az-a istinadən məlumat verir ki, yola sıra ilə düzülən bu şəxslər oradan keçən sürücülərə əl yelləyib, avtomobili satıb-satmadığını soruşurlar. Beləcə, sövdələşmə baş tutur.

Alıcıların sözlərinə görə, onlar, əsasən, həftənin istirahət günləri, səhər saatlarında bu əraziyə gəlirlər.

Həm alıcılar, həm də satıcılar deyir ki, bazara girməmiş avtomobili satmağın üstünlüyü bazar xərclərindən azad olmaq və vaxt itkisinin qarşısını almaqdır. Burada, əsasən, ikinci əl və azərbaycanda sürülmüş avtomobillər satıldığı üçün qiymətlərdə ele də böyük fərq yoxdur.

Avtomobil alverçiləri deyir ki, istər bazarda olsun, istərsə də bazar kənarında, onsuz da alqı-satqı sövdələşmə ilə baş tutur. Ona görə də qiymət bazardakından təxminən 300 manat fərqlənə bilər.

Alıcılar deyir ki, buradan alınan avtomobilin üzərinə müəyyən məbləğ qoyulmaqla ya rayonlarda, ya da elə avtomobil bazarlarında satılır.

Ancaq avtomobil satmaq istəyən şəxslər yolun hərəkət hissəsində avtomobili saxlayıb sövdələşmə apardığından yolda bəzən sıxlıq yaranır. Buna görə də həm yol polisi, həm də post-patrul xidməti əməkdaşları tərəfindən avtomobillər yoldan kənarlaşdırılır.

İ.N.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri