19 
İyn
2017
10:55
6
135
2353
Virtual karabakh

Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb

19 İyn, 2017
10:55
2353

Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin dörd üzvü yaralanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri