19 
İyn
2017
11:18
182
24
3395
Virtual karabakh

Yol polisindən çimərlik tövsiyəsi: Çəkələklə avtomobil idarə etməyin

19 İyn, 2017
11:18
3395

Yol polisindən çimərlik tövsiyəsi: Çəkələklə avtomobil idarə etməyin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çimərlik mövsümünün başlanması ilə açıq yay başmaqlarında avtomobil idarə etmənin təhlükə olduğu yada düşüb. Əvvəlki illərdə yay aylarında törədilən yol qəzalarının bir çoxunun məhz çəkələk geyinən sürücülər tərəfindən törədilməsi mövzunu yenidən gündəmə gətirib.

Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı kəndləri yollarında nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcəyini əsas gətirərək, sürücülərə tövsiyələr verib:  

“Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını, təhlükə yaratdığı üçün çəkələklə avtomobil idarə etməməyi tövsiyə edirik”.

Xatırladaq ki, ötən illərdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov açıq yay başmaqlarında avtomobil idarə edənlərin  cəzalandırılacağını bildirmişdi.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qanunda sürücünün hər hansı geyim formasında avtomobil idarə etməsinin göstərilmədiyini bildirib: “Qanunvericilikdə nəqliyyat vasitəsini idarə edən şəxsin və ya sərnişinlərin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Biz, sadəcə olaraq, əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara bu qaydada maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu,təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər. Elə buna görə də sürücülərə avtomobil idarə edərkən daha da diqqətli olmaları tapşırılıb. Çünki çəkələklə avtomobil idarə edilməsi qəzaların baş verməsini qaçılmaz edib”.

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri