19 
İyn
2017
13:07
6
255
1538
Virtual karabakh

Ucarda avtomobil 2-ci sinif şagirdini vuraraq öldürüb

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb.

Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri