19 
İyn
2017
13:45
45
224
20260
Virtual karabakh

Dövlət Yol Polisindən Nigar Camalla bağlı AÇIQLAMA

19 İyn, 2017
13:45
20260

Dövlət Yol Polisindən Nigar Camalla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın bölmə rəisi polis polkovniki Vaqif Əsədov tanınmış müğənni Nigar Camalın fikirlərinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, V.Əsədov report-a deyib ki, Nigar Camalın şəxsi “Facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb:

“Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır. İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.

Qeyd edək ki, N. Camal statusunda yol polisi əməkdaşlarını tərəfindən dəfələrlə əsassız yerə saxlanıldığını yazıb, onların ünvanına kobud ifadə işlədib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri