19 
İyn
2017
17:10
253
88
11641
Virtual karabakh

Bakıda “Kitayski Prado” satışa çıxarılır

İyunun ayının sonunda Bakıda “Kitayski Prado” satışa çıxarılacaq. Söhbət “Toyota Prado”nun oxşarı olan və Çində istehsal olunan avtomobildən gedir.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, bu nəqliyyat vasitəsinin 2.0 turbo mühərrikinin gücü 251 at gücünə qədər artırılıb. Bununla bərabər modelin qarışıq yanacaq sərfiyyatı 11 litrə qədər azaldılıb. 8 ZF avtomat sürət qutusu ilə əvəzlənib.

Avtomobilin kuzovunun “Toyota Prado” ilə oxşar olmasına gəlincə, bu nəqliyyat vasitələrinin ölçüləri fərqlidir. Belə ki, sözügedən avtomobil “Toyota Prado”dan 4 sm enli, 6 sm hündür və 8 sm uzundur. “Kitayski Prado” orijinal “Prado”dan ucuz olacaq. 

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri