22 
İyn
2017
08:42
9
108
1852
Virtual karabakh

Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü avtomobil vurdu

22 İyn, 2017
08:42
1852

Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü avtomobil vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri