29 
İyn
2017
09:30
14
39
2869
Virtual karabakh

Toyota Abşeron Mərkəzi bir yaşını endirimlərlə qeyd edir

29 İyn, 2017
09:30
2869

Toyota Abşeron Mərkəzi bir yaşını endirimlərlə qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toyota-nın rəsmi dilleri Toyota Abşeron Mərkəzi 26 iyunda 1 yaşını qeyd etdi. Ötən ilin bu vaxtı Toyota Caucasus-in rəhbəri Mitsuro Konişinin, yerli və xarici qonaqların iştirakı ilə keçirilən təntənəli açılış mərasimində Toyota Caucasus-la Toyota Abşeron Mərkəzi arasında dillerlik müqaviləsi imzalandı. Beləliklə, uğurlu iş birliyinin əsası qoyuldu.

Mərkəz artıq bir ildir ki, ilk gündən müştərilərə söz verdiyi komfortu və yüksək xidmət səviyyəsini təqdim edir. Ümumi sahəsi 1000 m2 olan geniş salonda ziyarətçilərə bütün model cərgəsi nümayiş etdirilir, geniş orijinal ehtiyat hissələri bazası təklif edilir, test-drayv edərək avtomobilləri sınaqdan keçirmək və zəmanət üzrə servisdən yararlanmaq imkanı verilir. Xatırladaq ki, Toyota-nın ustaların işini və bütün təmir prosesini izləməyə imkan verən şəffaf GOLD salon konsepsiyası yalnız Toyota Abşeron Mərkəzində mövcuddur. Üstəlik, rahat istirahət zalı da hər zaman ziyarətçilərin xidmətindədir.

Toyota sahiblərinə hər növ təmir xidməti göstərən peşəkar ustalar xüsusi təlimlərdən keçərək sertifikatlar əldə ediblər. Təcrübəli satış mütəxəssisləri isə daima bütün sualları cavablandırmağa, avtomobillər haqqında geniş məlumat verməyə hazırdırlar.

Təbii ki,Toyota Abşeron Mərkəzi bu bir ili birlikdə başa vurduğu müştərilərini unutmayaraq, özəl günü özəl kampaniya ilə qeyd edir. 31 iyuladək kondisioner sisteminin diaqnostikası və qazının vurulması 50% endirimlə, hərəkət hissəsinin diaqnostikası isə pulsuz həyata keçiriləcək. Üstəlik, öncədən qeydiyyatdan keçən müştərilər üçün həmişə ehtiyat hissələrinə 5%, xidmət haqqında 10% endirim tətbiq olunur.

Əlavə məlumat üçün zəng edin: +994 12 349 00 60 / *0110

Daha ətraflı http://www.toyota-absheron.az/ saytında.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri