24 
İyn
2017
20:16
99
428
7480
Virtual karabakh

Azərbaycan Qran-Prisində sıralama turu başa catdı – FOTO + YENİLƏNİB

24 İyn, 2017
20:16
7480

Azərbaycan Qran-Prisində sıralama turu başa catdı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Formula-1 Azərbaycan Qran-Prisində sıralama yürüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, “Mercedes” komandasının pilotu Luis Hamilton rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. 

Onun göstəricisi 1 dəqiqə 40,593 saniyə olub. Valtteri Bottas (“Mercedes”) 1 dəqiqə 41.027 saniyəlik nəticə ilə ikinci olub. 

Üçüncü yerdə 1 dəqiqə 41.693 saniyəlik göstərici ilə “Ferrari” komandasından pilotu Kimi Raykkonen qərarlaşıb.

17:00

Bakı vaxtı ilə saat 17:00-da Formula-1 üzrə Azərbaycan Qran-Prisində sıralanma turu başlayıb.

Oxu.Az-ın məlumatına görə, sabah, iyunun 25-də, saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran-Prinin həlledici mərhələsi başlayacaq. 

17:00

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, üçüncü sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas ən yaxşı nəticəni göstərib - 1:42.742. 

İkinci nəticəni “Ferarri”in pilotu Kimi Raykkonen - 1:42.837, üçüncü nəticəni isə “Luis Hemilton” (Mercedes) göstərib - 1:43.158.

Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410. Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub.

14:00

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüş keçirilir.

Oxu.Az xəbər verir ki, yarışda 10 komanda iştirak edir  – “Mercedes” (Luis Hemilton və Valterri Bottas), “Red Bull” (Daniel Rikkardo və Maks Ferstappen), “Ferrari” (Sebastyan Fettel və Kimi Raykkonen), “Force İndia” (Serxio Peres və Esteban Okon), “Willams” (Felipe Massa və Lens Stroll), “McLaren Honda” (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), “Haas” (Roman Qrojan və Kevin Maqnussen), “Renault” (Niko Hülkenberq və Colion Palmer) və “Sauber”in (Markus Eriksson və Paskal Verlyayn)

Qeyd edək ki, saat 17:00-da  isə sıralanma turu olacaq.

10:30

Bu gün Formula-1 üzrə Azərbaycan Qran-Prisinin ikinci günü başlayır.

Oxu.Az xəbər verir ki, Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 14:00-da üçüncü sərbəst yürüş keçiriləcək. Saat 17:00-da  isə sıralanma turu olacaq.

Əlavə edək ki, dünən ikinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib - 1:43.362. Onun idarə etdiyi bolid sessiyanın başa çatmasına 35 saniyə qalmış səddə dəyib dayansa da, bu, hollandiyalının birinci olmasına mane olmayıb.

İkinci nəticəni “Mercedes”in pilotu Valtteri Bottas - 1:43.462, üçüncü nəticəni isə “Red Bull” komandasının növbəti pilotu Daniel Rikardo göstərib - 1:43.473.

Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410. 

Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. 

İyunun 25-də, saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran-Prinin həlledici mərhələsi başlayacaq. 

Yarışda iştirak edən 10 komanda – “Mercedes” (Luis Hemilton və Valterri Bottas), “Red Bull” (Daniel Rikkardo və Maks Ferstappen), “Ferrari” (Sebastyan Fettel və Kimi Raykkonen), “Force İndia” (Serxio Peres və Esteban Okon), “Willams” (Felipe Massa və Lens Stroll), “McLaren Honda” (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), “Haas” (Roman Qrojan və Kevin Maqnussen), “Renault” (Niko Hülkenberq və Colion Palmer) və “Sauber”in (Markus Eriksson və Paskal Verlyayn) ümumilikdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, Formula-1 üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-Prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG” komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.

24 iyun, şənbə

10:00 11:25 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
11:00 11:30 Formula 1 Komandaların pit stop təlimi
12:00 13:05 FIA Formula 2 Birinci yarış (29 dövrə və ya 60 dəq.)
14:00 15:00 Formula 1 Üçüncü sərbəst yürüş
15:05 16:40 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:00 18:00 Formula 1 Sıralanma turu

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri