26 
İyn
2017
12:55
197
26
2531
Virtual karabakh

Paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti bərpa edilir

26 İyn, 2017
12:55
2531

Paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti bərpa edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Formula 1” Azərbaycan “Qran-prisi” ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək. 

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: 

“Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.

Qeyd edək ki, “Formula 1” yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri