28 
İyn
2017
09:52
36
330
15167
Virtual karabakh

Şirkət rəhbəri və telekanal əməkdaşı dəhşətli qəzada öldü – FOTO

28 İyn, 2017
09:52
15167

Şirkət rəhbəri və telekanal əməkdaşı dəhşətli qəzada öldü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün, iyunun 27-də, Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. 

Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri