İyl
2017
11:11
67
778
82571
Virtual karabakh

Deputatın qardaşı nəvələrinin həlak olduğu dəhşətli qəzanın görüntüləri – YENİLƏNİB + VİDEO + FOTO

7 İyl, 2017
11:11
82571

Deputatın qardaşı nəvələrinin həlak olduğu dəhşətli qəzanın görüntüləri – YENİLƏNİB + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, deputat Şəmsəddin Hacıyevin qohumları Ələtdə dəhşətli yol qəzasına düşüb.

Oxu.Az APA TV-yə istinadən qəzadan görüntüləri təqdim edir:

6 iyul (14:39)

Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzasında həlak olanlarla bağlı daha bir məlumat əldə edilib.

Oxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölən qardaşlar İqtisad Universitetinin sabiq rektoru, millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.

10:47

Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, 1995-ci il təvəllüdlü Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

03:00

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri