10 
İyl
2017
21:53
9
186
2926
Virtual karabakh

Saatlıda baş verən yol qəzasında ata ölüb, oğlunun vəziyyəti ağırdır

10 İyl, 2017
21:53
2926

Saatlıda baş verən yol qəzasında ata ölüb, oğlunun vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi “VAZ-2106” markalı 63 BA 432 dövlət nömrə nişanlı  avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. 

Həkimlər Vüsal Əliyevin vəziyyətini  ağır kimi qiymətləndirir.

Qeyd edək ki, “Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri