11 
İyl
2017
00:41
11
251
11838
Virtual karabakh

Sərxoş piyada sürücülərə təhlükəli anlar yaşatdı – VİDEO

11 İyl, 2017
00:41
11838

Sərxoş piyada sürücülərə təhlükəli anlar yaşatdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərxoş vəziyyətdə olan piyada Bakı-Qazax magistral avtomobil yolunda hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Sürət həddi 120 km/saatda yola çıxan piyada sürücülərə çətin anlar yaşadıb. Yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücülərin bəzisi avtomobil yolundan çıxıb, bəzisi sürət həddini azaltmalı olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bizim Yol”a sürücü Buxsayev Hacı Mürsəl oğlu bildirib.

Onun sözlərinə görə, sürət həddinin aşağı salınması nəticəsində avtomobillərin hərəkətində qısa müddət ərzində sıxlıq yaranıb.

Sürücü H.Buxsayev avtomobilində olan videomüşahidə cihazının (registratorun) yaddaşına köçmüş videogörüntünü “Bizim Yol”a göndərib. Görüntüdən də aydın olur ki, sərxoş piyadanın nəqliyyat vasitəsinin qarşısına çıxması nəticəsində qəza şəraiti yaranıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri